;
İdentifikator - sahib olan insanın hüquqların müəyyən edilməsi üçün açardır. Bu kontaktsız kart (Proximity) və ya brelok ola bilər. Həmçinin identifikator kimi klaviaturada yığılan kod və ya insanın bir sıra biometrik əlamətləri - barmaq izləri, gözün tor qişasının və ya qüzehi qişasının şəkli - istifadə oluna bilər.
Kontroller - sistemin əsas hissəsidir. Məhz kontroller insanın içəri keçib keçməməsinə dair qərar qəbul edir. Kontrollerin yaddaşında identifikatorların kodları saxlanılır.
Kiçik obyektlər üçün nəzarət sistemləri və daxil olmanın idarə edilməsi
Orta dərəcəli nəzarət sistemləri və daxil olmanın idarə edilməsi
NStar Kontrolleri
N-1000 seriyalı kontroller
NetAXS kontrolleri Win-Pak PE/SE proqram təminatı
Kiçik obyektlər üçün nəzarət sistemləri və daxil olmanın idarə edilməsi
Nəzarət sistemləri və daxil olmanın idarə edilməsini kiçik və orta obyektlərdə quraşdırılması üçün "Omeqa" şirkəti Honeywell istehsalı olan NStar kontrollerlərini təklif edir. Onlar iki və onlarla oxucusu olan sistemlər üçün qənaətli həlldir.
NStar-ın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, kontrollerin tədarükünün standart komplektinə proqram təminatı, idarə etmə və proqramlaşdırma daxildir. Beləliklə, əsas dərəcə üçün funksional bitmiş sistemin alınması üçün kontrollerə akkumulyator və qıfıl əlavə edilməlidir. NStar kontrollerləri televiziya nəzarəti, mühafizə və yanğın sistemləri daxil olan Honeywell təhlükəsizlik sistemlərinə asanlıqla birləşdirilir.
Orta dərəcəli nəzarət sistemləri və daxil olmanın idarə edilməsi
"Omeqa" şirkəti Honeywell firmasının istehsalı olan orta dərəcələr üçün nəzarət sistemlərini və daxil olmanın idarə edilməsini təklif edir. Bu sistemlər özündə geniş funksional imkanları, asan quraşdırılma və proqramlaşdırılmanı birləşdirir. Win-Pak SE proqram təminatı Win-Pak 2005 inkişafıdır. Yeni variantda Galaxy mühafizə-yanğın siqnalizasiya sistemlərin, Fusion video nəzarət sistemin, Lobby Works müştərilərin qeydi sistemin birləşməsi mümkündür.
N-1000 seriyalı kontrollerlər - iki (N-1000-III modeli) və ya dörd (N-1000-IV) oxucunun qoşulma sisteminin təşkil edilməsi üçün nəzərdə tutulub.
NetAXS seriyalı İP-kontrolleri - Web-interfeysin və ya standart proqram təminatı WIN-PAK-ın köməkliyi ilə sistemin monitorinqini, idarə etməsini və proqramlaşdırılmasını həyata keçirməyə imkan verir. NetAXS seriyalı kontroller N-1000 seriyalı kontrollerlər bazasında sistemlərin genişləndirilməsi və ya dəyişdirilməsi üçün istifadə edilə bilər.
Dünyada 100000 artıq N-1000 seriyalı kontrollerlər quraşdırılıb və istifadə edilir. N-1000 seriyalı kontrollerlər müvəffəqiyyətlə iri banklarda, bir çox sənaye, neftçıxarma və neft emal edən müəssisələrdə işləyir.
Honeywell firmasının N-1000-IV kontrolleri nəzarət sistemlərin və daxil olmanın şəbəkə idarə edilməsi, mühafizə siqnalizasiyanın, iş vaxtının qeydi və binanın həyat təminatının idarə edilməsi mühəndis sistemlərin qurulması üçün mexanizmdir. Güclü prosessoru olan N-1000-IV kontrolleri 4 oxucu ilə işləyir, 25000 müştərinin qeydini aparır, mühafizə siqnalizasiya girişlərini qurmağa imkan verir. N-1000-IV kontrolleri maqnit kartların, Veyqand kartların oxucularını, proksimiti, biometrik oxucuları və s. dəstəkləyir. Kontroller icra mexanizmləri - elektrik qıfılları, turniketləri, avtomatik qapıları, şlaqbaumları, darvazaları, liftləri idarə edir. İstifadəçilər, onların daxil olma hüquqları, müvəqqəti zonalar və digər parametrlər haqqında məlumat kontrollerin daxili yaddaşında saxlanılır və bu kontrollerə muxtar rejimdə işləməyə imkan verir. Sistemin proqramlaşdırılması, real vaxt rejimində idarə edilməsi və hadisələrin kompüterin ekranında göstərilməsi üçün WIN-PAK proqram təminatı istifadə olunur.
N-1000-IV kontrollerin funksional imkanları
Saxlanılan oxucuların/klaviaturaların sayı |
4/2 və ya 0/4 |
Müştərilərin, insanların maksimal sayı |
5 000 (25 000*) |
Yaddaş buferin, hadisələrin həcmi |
10 200 (6 600*) |
Rele çıxışların sayı |
4 (24*) |
Müvəqqəti zonaların sayı |
63 |
Həyəcan girişlərin sayı |
16 (normal qıfıllanmış / açılmış kontaktlar) |
Yaddaşın, günlərin qidalanması ehtiyatları |
7 |
RS-485 interfeysin istifadəsi ilə sistemin genişləndirilməsi |
31 kontrollerə qədər (124 oxucu, 496 siqnalizasiya girişləri) hər bir ardıcıl port üçün |
"20 mA tok ilgək" interfeysin istifadəsi ilə sistemin genişləndirilməsi |
63 kontrollerə qədər (252 oxucu, 1008 siqnalizasiya girişləri) hər bir ardıcıl port üçün |
*- genişlənmədə maksimal dəyərlər mötərizədə göstərilib
Honeywell firmasının istehsalı olan NetAXS kontrolleri Web-interfeysin və ya standart proqram təminatı WIN-PAK-ın köməkliyi ilə sistemin monitorinqini, idarə etməsini və proqramlaşdırılmasını həyata keçirməyə imkan verir. Bir neçə istifadəçi şəbəkə ilə eyni zamanda NetAXS-la işləyə bilərlər.
NetAXS-ın quraşdırılmış Ethernet portu, və bank sistemlərində istifadə olunan məlumatların şifrləmə protokolunu SSL (Secure Socket Layer) dəstəkləyən Linux Web-serveri var. Kontroller şəbəkə mühafizə sistemi ilə birlikdə kompüter şəbəkəsində işləyərkən (İnternet daxil olmaqla) DoS (Denial of Service) hücumundan və açıq portlar üzrə hücumlardan yüksək dərəcəli təhlükəsizliyi təmin edir. NetAXS Rusiyada və bütün dünyada bir çox obyektlərdə quraşdırılıb. NetAXS N-1000 seriyalı kontrollerlər bazasında sistemlərin genişləndirilməsi və ya dəyişdirilməsi üçün istifadə edilə bilər.
Quraşdırılmış Web-server
NetAXS-ın sistemin monitorinqini, idarə etməsini və proqramlaşdırılmasını təmin edən quraşdırılmış Web-serveri var.
Web-interfeysin imkanları:
Win-Pak PE/SE proqram təminatı
Win-Pak SE/PE - Honeywell şirkətinin Win-Pak proqram təminatının yeni versiyasıdır. Win-Pak SE/PE daxil olmanın nəzarətini, rəqəmsal televiziya nəzarətini və mühafizə-yanğın siqnalizasiyasını vahid təhlükəsizlik sisteminə birləşdirir.
Bir və ya böyük sayda obyektləri əhatə edən sistemin tam miqyaslı idarə edilməsi mümkündür. Siz istənilən şəbəkə iş yerindən sistemin idarə edilməsini, monitorinqini və proqramlaşdırılmasını keçirə bilərsiniz.
Win-Pak SE/PE əsas fərqləndirici xüsusiyyəti - Windows xidmətlərin dəsti şəklində reallaşdırılıb. Kontrollerlər və digər avadanlıqlar bilavasitə kompüter şəbəkəsinə və ya şəbəkədə olan müxtəlif kompüterlərə qoşulur.
Win-Pak SE/PE Windows Vista Business, Windows XP Proffessional SP2, Windows 2003 Server sistemlərində işləyir.
Win-Pak SE/PE rəqəmsal videoregistratorlar Honeywell Fusion ilə tam birləşməni verir. Birləşmə videosurətlərin yazılması və baxılması televiziya nəzarəti sistemini istifadə etməyə imkan verir. Win-Pak SE/PE protokolundan hadisələr video fraqmentlərlə birləşir. Win-Pak pəncərəsində 16 kameraya qədər göstərilmə nəzərdə tutulub.
Honeywell Galaxy mühafizə-yanğın siqnalizasiya panelləri ilə birləşmə Win-Pak SE/PE-yə imkan verir:
Virtual klaviaturanın köməkliyi ilə operator Galaxy panelini Win-Pak pəncərəsindən idarə edə bilər.