;

TURNIKETLƏR VƏ ŞLAQBAUMLAR

Elektromexaniki turniketlər müəssisələrin və təşkilatların buraxılış məntəqələrində, inzibati təşkilatlarda, stadionların giriş və çıxışlarında, əyləncə mərkəzlərində, parklarda və s. insan axınını idarə etmək və daxil olmanı nəzarət etmək üçün nəzərdə tutulub.

"Omeqa" şirkəti dörd əsas növ turniketlər təklif edir:  dayaq şəkilli yığcam turniket-tripodlar, tumba turniket-tripodlar, rotor yarım boylu və rotor tam boylu turniketlər. 

PERCo-TTR-04 seriyalı turniket-tripodlar yığcamlığı, dizaynı və yüksək xidmət etmə qabiliyyəti sayəsində inzibati müəssisələrdə, ofislərdə, biznes-mərkəzlərdə, banklarda, əyləncə mərkəzlərində girişə nəzarət etmək üçün istifadə olunur.

PERCo-TTD-03 seriyalı tumba turniket-tripodlar təşkilat və müəssisələrdə, banklarda, mağazalarda, nəqliyyat terminallarında və s. insan axınını bir-bir ayırmaq üçün nəzərədə tutulub. Yüksək xidmət etmə qabiliyyəti sayəsində böyük insan axını olan yerlərdə bu turniketlərdən istifadə oluna bilər. 

 

Şlaqbaumlar

Şlaqbaum hərəkəti idarə edir və şəxsi, ictimai və sənaye sahələrinə avtonəqliyyat vasitələrin daxil olmasını məhdudlaşdırır.

"Omeqa" şirkəti aparıcı istehsalçılardan birinin - ELKA (Almaniya) şirkətinin şlaqbaumlarını təklif edir.

Müasir şlaqbaumlar - distansiya idarə olunan avtomatik qurğulardır. Avtomatik şlaqbaumun mexanizmi hidravlik və ya elektromexaniki ola bilər. Şlaqbaum elektrik mühərrik, reduktor, tarazlaşdırıcı yay və oxdan ibarətdir. Şlaqbaumun oxu modeldən asılı olaraq 2 m-dən 12 m qədər ola bilər. 



Supermarketlərin və ofis mərkəzlərin dayanacaqlarında, qaraj komplekslərdə, pullu yollarda və dəmir yolu keçidlərində şlaqbaumlar əvəzedilməzdir. 

ELKA Şlaqbaumları

Sənaye avtomatik şlaqbaumlar ELKA  yollarda, avtodayanacaqlarda və s. intensiv istifadə edilmək üçün nəzərdə tutulub. Onlar qurulmada çox sadədir; oxun istiqamətləndirilməsinin həm sağ tərəfində, həm də sol tərəfində quraşdırıla bilər. Bu şlaqbaumlar Rusiyanın bütün iqlim zonalarında - Uzaq Şimaldan cənub regionlara qədər istismar edilə bilər. 

Əsas xüsusiyyətlər:

  • 100% intensiv yüklənmə (Şlaqbaumun fasiləsiz işi mümkündür)
  • Sərt iqlim şəraitində - - 40°C dərəcədən +70°C dərəcəyə qədər istismar oluna bilər (Uzaq Şimal rayonları üçün xüsusi qablaşdırılma)
  • Açılma müddəti 0.9 saniyədən 8.5 saniyəyə qədər (şlaqbaum modelindən asılı olaraq)
  • Oxların müxtəlif növləri - 2.5 m - 8 m boruşəkilli və ya düzbucaqlı profil  
  • Aktiv və passiv təhlükəsizlik qurğuların geniş seçimi: işığı əks etdirən yapışdırmalar, oxa zərbəyə davamlı rezin, xəbərdar edən işıldayan lampa, induksiya ilgəklər, təhlükəsizlik fotoelementləri, , işıqfor və s.
  • Əl ilə qəza blokirovkadan açmaq üçün qurğu
  • Oxun hərəkətinin sonuncu mərhələsində rahat dayandırılma
  • Korroziyadan qorunma (bütün mexaniki hissələr sinklənib və xromlanıb)
  • Sifarişçinin istəyi ilə istənilən rəngə boyana bilər (nümunəvi rənglər: göy RAL 5012 ağ RAL 9010)
  • Oxun bərkidilməsi: sağdan və ya soldan (ES 25, ES 25HS,  ES 30  və  ES 40 üçün), mərkəzdən (ES 50, ES 60  və  ES 80 üçün)
  • İlgəklərin detektorları üçün 2 giriş
  • Xarici istehlakçıların qoşulması üçün quraşdırılmış elektrik rozetka 220V
  • İki polyuslu sxemotexniki tormoz
  • Əlavə aksessuarlar: yandan qoşulan idarə etmə pultları, oxlar üçün dayaqlar, yığılan oxlar və oyuqun əlavə örtülməsi ilə oxlar, işıqforlar, idarə etmə qurğuların və pullu dayanacaqların avadanlıqların quraşdırılması üçün dayaqlar, radiokanalla idarə etmək üçün qurğular və s. 

Niyə bizi seçməli

TEZ CAVAB VERMƏK

Təcili cavaba bir saat və ya daha az vaxt ərzində reaksiya verərik. Canlı bir şəxs zənginizə cavab verəcək. PC və ya serverinizə uzaqdan daxil ola bilərik və bir çox məsələni dərhal həll edə bilərik.

TƏCRÜBƏLİ

Yalnız təcrübəli, ən azı 5-10 il təcrübəsi olan və ümumiyyətlə daha çox peşəkarı işə cəlb edirik. Texniki işçilərimizə ən son texnologiya ilə mövcud qalmalarını təmin etmək üçün mütəmadi olaraq davamlı təhsil imkanları təqdim edirik.

BİZNESƏ QƏNAƏT

Şirkətiniz üçün iş mənfəətinin hərtərəfli başa düşülməsindən texnoloji həlləri dizayn edirik, qiymətləndiririk və əsaslandırırıq.

NÜFUZLU

OMEGA şirkəti 1999-cu ildən bəri cəmiyyətdə və sənayedə hörmətli bir liderdir. Ən qürurlu işimiz, ildən-ilə bizə etibar edən çoxsaylı uzunmüddətli müştərilərdir.